İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.09.2021  21:30 

Hibrid avtomobillərinə tələb artır: güzəşt olacaqmı?





A+  A-

"Hibrid avtomobillərinə tələbin artması həmin avtomobil idxalının çoxalmasına gətirib çıxarır".

XəzərNews xəbər verir ki, bu sözləri unikal.org-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib:

"Hibrid avtomobillər ekonom olduğu və xüsusilə yanacaq baxımından az xərc tələb etdiyi, həmçinin benzinsiz müəyyən sürət daxilində istifadə olunduğu üçün bu avtomobillərə tələb artıb. Digər tərəfdən premium markalı benzinin qiymətinin artması da buna təsirsiz ötüşməyib. Əvvəlki dövrlərdə hibrid avtomobilləri ilə bağlı müəyyən tərəddüdlər var idi. Lakin son dövrlərdə bu avtomobillərin servis xidmətlərinin inkişaf etməsi də tələbi artıran səbəblərdəndir.

Növbəti dövrlərdə hibrid avtomobillərinə tələb artmaqda davam edəcək. Çünki bu avtomobillərdən istifadə olunması ekoloji baxımdan arzuolunandır. Buna görə, idxal xərclərinin azaldılması və ili yeni olan avtomobillərin daha çox idxalına nail olunması arzuolunandır".

Ekspert İlqar Hüseynli isə bildirib ki, ölkəmizə hibrid maşınları daha çox taksi xidmətlərini həyata keçirmək üçün gətirilir: "Çünki 60 km/saat-a qədər yanacaq məsrəfi olmur. Yalnız bu sürət həddini keçdikdə yanacaqdan istifadəyə keçirlər. Buna görə, paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək əlverişlidir. Bu isə ailə büdcəsi üçün iqtisadi səmərəlilik baxımından faydalıdır. Avomobil idxalı ilə məşğul olan iritutumlu şirkətləri müşahidə etdikdə dizel yanacağı ilə işləyən, Euro 5 standartlarına çox da uyğun olmayan avtomobillərin sürətli idxalını görürük. Bu isə o deməkdir ki, bir az imkanlı şəxslər həmin avtomobillərə üstünlük vermirlər. Əsasən, aztəminatlı ailələr bu avtomobilləri almağa və hazırda olan avtomobilini ona dəyişməklə məşğuldurlar".

Xəbər 1572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +