İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.09.2021  09:35 

Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB





A+  A-

Ötən il Azərbaycanda axtarışda olan şəxslərin ümumi sayı 4959 nəfər olub.
Bu barədə XəzərNews.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, cəzaçəkmə müəssisələrindən qaçanlar 16 nəfər, cəza çəkməkdən qaçanlar isə 221 nəfər təşkil edib.

İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 4723 nəfər olub.

Axtarışda olan şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar 42 nəfər təşkil edib.

Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə görə 62 nəfər, qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 94 nəfər, zorlama və zorlamaya edilən cəhdlə əlaqədar 9 nəfər axtarışa verilib.

Törədilmiş cinayət növləri üzrə 1075 nəfər oğurluq, 870 nəfər dələduzluq, 84 nəfər mənimsəmə və ya israf etmə, 87 nəfər soyğunçuluq, 63 nəfər quldurluq, 12 nəfər banditizmə görə axtarışa verilib.

Xəbər 1458 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +