İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.06.2021  16:05 

“O gəmini batırsaq belə, Üçüncü Dünya müharibəsi başlamazdı”





A+  A-

Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də Qara dənizdə Böyük Britaniyanın “Defender” minadaşıyan hərbi gəmisi ilə bağlı yaşanan insidenti şərh edib.
XəzərNews.az xəbər verir ki, Putin bu barədə illik mətbuat konfransında çıxış edərkən bildirib.

“Dediniz ki, dünya növbəti dünya müharibəsinin astanasında idi. Əlbəttə ki, deyil. Bu gəmini batırmış olsaydıq belə, dünyanın Üçüncü Dünya müharibəsinin astanasında olacağını təsəvvür etmək hələ də çətin olardı. Çünki bunu edənlər bilir ki, onlar bu müharibədən qalib çıxa bilməzlər”, - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi yeni bir müharibənin başlanmasına çətin ki sevinsin.

“Ancaq ən azından nəyin uğrunda mübarizə apardığımızı bilirik. Özümüz üçün, gələcəyimiz üçün öz ərazimizdə mübarizə aparırıq”, - deyə Rusiya dövlət başçısı əlavə edib.

Xəbər 1703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +