İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.02.2021  21:19 

Navalnı ilə bağlı qərar verildi - Yenilənib





A+  A-

Rusiyalı müxalif bloqqer Aleksey Navalnı şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Məhkəmə iclası Moskva vaxtı ilə saat 11:00-da başlayıb.

Navalnının həyat yoldaşı Yuliya və vəkili Olga Mixaylova Moskva Şəhər Məhkəməsi qarşısında onu dəstəkləməyə gəlib.

Məhkəməyə İsveçrə, Avstriya və Bolqarıstan da daxil olmaqla xarici diplomatik şöbələrin nümayəndələri də gəliblər. Məhkəmənin ətrafında və ona bitişik küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.

***

Məhkəmə zamanı Federal Penitensiar Xidmət Aleksey Navalnıya 3,5 illik həbs cəzasının verilməsini tələb edib.

***

Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının "İv Roşe" işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun "İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

Qərar elan olunarkən Navalnı gülümsəməyə çalışsa da, həyat yoldaşı Yuliya Navalnaya göz yaşlarını saxlaya bilməyib.

Xəbər 2180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +