İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.01.2021  19:37 

“Məktubda bizə verilən işgəncələri yazmağa imkan vermirdilər”





A+  A-

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində erməni girovluğunda olmuş daha bir neçə şəxslə görüş keçirilir.
XəzərNews.az xəbər verir ki, görüşdə girovluqdan xilas edilmiş Dilqəm Əsgərov çıxış edərək bildirib ki, o, tək qalıb:

"Hüquqlarımı Qırmızı Xaç komitəsindən tələb edirdim. Ancaq ondan sonra onlar mənə radio verdilər. Radiodan mən eşidirdim ki, bizim dövlət başçısı bizim ac qalmağımız girov götürülməyimizlə bağlı işlər görürdü. 1 ildən sonra Qırmızı Xaç komitəsi bizimlə maraqlanmağa başladı. 6 il 5 ay mən Şuşa türməsində qaldım. Gəzintiyə çıxmağa icazə vermirdilər. İki dəfə Xankəndidə məni toka verdilər. Məqsədləri bu idi ki, Azərbaycan xalqının, hökumətinin əleyhinə nəsə danışım. Bacardığım qədər buna imkan vermədim. Hətta ora xaricdən də jurnalistlər gəlmişdi. Həmin gün onlar türmədə də olmuşdular. Məni məcbur edirdilər ki, o jurnalistlərə intervyu verim. Vermədim və tələb etdim ki, ancaq Kəlbəcərdə bunu edərəm".

Şahbaz Quliyev isə çıxışında qeyd edib ki, valideynlərinin qəbrini ziyarət edərkən girov düşüb: " Dilqəmgil məndən sonra girov düşmüşdülər. Onlar çəkən işgəncəni mən də çəkmişəm. Axşam yatmağa qoymurdular. Səhərə kimi bizə səs dinlədirdilər, yatmağa qoymurdular, səsi qoyurdular ki, gecə yatmayaq. Onların Milli Təhlükəsizlik əməkdaşı demək olar ki, hər gecə əlindəki dubinkanı belimizdə qırırdı. Dilqəm tutulandan sonra biz birlikdə döyülmüşük. Onlar inanmırdılar ki, biz ziyarətə gəlməmişik. Bizə terrorçu, diversant adı qoymuşdular. Son günə kimi də bizi belə adlandırmaq istəyirdilər. Son gün həkim gəlmişdi Qırmızı Xaç Komitəsindən. O həkim deyirdi ki, mənim əlimə gips qoyulmalıdır. Onlar etiraz edirdilər. Onlar bizə verilən işgəncəni görürdülər. Hətta Qırmızı Xaç komitəsindən də mənə təkid edirdilər ki, şəkildə elə çəkil ki, əlinin gipsi düşməsin. Məktubda bizə verilən işgəncələri yazmağa imkan vermirdilər. 1 ildən sonra Şuşada həbsxanada bizi kameraya bağlamışdılar".

Xəbər 2075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +