İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.12.2020  09:45 

İsrail niyə erkən seçkilərə gedir?





A+  A-

Xəbər verdiyimiz kimi, İsraildə erkən seçkilər baş tutacaq. Buna səbəb koalisiya hökumətinin 2020-ci il büdcəsi ilə bağlı razılığa gəlməməsi olub.
XəzərNews.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun partiyası “Likud” və müdafiə naziri Beni Qantzın rəhbərlik etdiyi “Mavi-Ağ İttifaq” yenidən erkən seçkilərə gedəcək.

Büdcə bu gün səsə qoyula bilmədiyi üçün parlament qanuni olaraq buraxılıb və məcburi erkən seçki prosesi başlayıb. Bununla da İsrail son iki ildə dördüncü dəfə erkən seçki keçirəcək.

Erkən seçkilərin mart ayında baş tutacağı ehtimal olunur.

Qeyd edək ki, Netanyahu və Gantz 2 mart 2020-ci il tarixində keçirilən seçkilərdən sonra ölkədə davam edən hökumət böhranına həll yolu tapmaq üçün koalisiya qurmağa qərar veriblər. İki rəqib siyasətçinin qurduğu koalisiya hökuməti may ayında vəzifəyə başlayıb.

Netanyahu və Gantz tərəfindən qurulan koalisiya hökuməti illik büdcənin qəbulu ilə bağlı fikir ayrılığı yaradıb. Netanyahu yalnız 2020-ci ilin illik büdcəsinin parlament tərəfindən qəbul edilməsini, Gantz isə 2021-in səsverməyə daxil edilməsini istəyib. İki lider arasındakı fikir ayrılığına görə, avqust ayında keçirilən iclasdan nəticə çıxmayıb və 2020 illik büdcənin səsverməsi dekabr ayına təxirə salınıb.

Qanuna görə, 2020-ci ilin illik büdcəsi Məclisdə 23 dekabr tarixinə qədər keçməsəydi, erkən seçkilər məcburi olacaqdı.



Xəbər 1405 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +