İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.12.2020  14:43 

“103”ə zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2500-ə çatıb





A+  A-

Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır.
XəzərNews.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, iş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur. Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.

COVID-19 xəstəliyi ilə əlaqəli müraciətlərlə yanaşı, “103” xidmətinə təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. müraciətlər də daxil olur və onların icrası təmin olunur. Çağırışların icrasını vaxtında təmin etmək məqsədi ilə onlar ağırlıq dərəcəsinə görə çeşidlənir, ilk növbədə daha ağır xəstələrin müraciətləri icra olunur. Məlumdur ki, ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda çağırışın icrası üçün daha çox zaman sərf olunur.

Əlavə olaraq təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür.

Xəbər 2203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +