İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2020  09:18 

“Paşinyan könüllü getməlidir, əks halda...” - Şahnazaryan





A+  A-

“Vazgen Manukyan Baş nazir postuna yalnız ən uyğun deyil, həm də ən effektiv namizəddir, çünki biz məğlubiyyətin davam etdiyi bir vəziyyətdəyik, itkilər davam edir və bizi yeni böhranların gözlədiyi qaçılmazdır”.
XəzərNews.az bildirir ki, bu sözləri “News.am”a müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlətçiliyi və təhlükəsizliyi təhlükə altındadır, bu tənəzzülün qarşısını almaq lazımdır, bunu isə yalnız böhran əleyhinə hökumət edə bilər.

Şahnazaryan qeyd edib ki, Paşinyan öz siyasəti ilə müharibəni qaçılmaz etdi:

“Bu geosiyasi inkişaflarla bağlı bizə böhran əleyhinə hökumət lazımdır, onun proqramları və fəaliyyəti iki prinsip – vətənpərvərlik və praqmatizm əsasında olacaq”.

MTX-nin sabiq rəhbəri hesab edir ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməlidir, ancaq indiki hakimiyyətin dövründə buna yol vermək olmaz. Onun sözlərinə görə, Paşinyan könüllü getməlidir, əks halda təlatümlər yalnız Ermənistan üçün deyil, bütünlükdə region üçün taleyüklü ola bilər.



Xəbər 1722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +