İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.09.2020  09:45 

XİN-dən Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlama





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada deyilir:

“28 sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.

Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq”.

Xəbər 1221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +