İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.09.2020  08:53 

Əhali qrip əleyhinə peyvənd olunacaq





A+  A-

Ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov “Real intervyu”ya danışıb:

“Uzun müddətdir qrip əleyhinə vaksinlərin hansından istifadə etməklə bağlı müzakirələr gedir. Artıq ilkin təkliflər hazırlanıb. Soyuq aylarda digər respirator virus infeksiyaları və digər infeksiyalar aktivləşəcək. Bunlara da Covid-19 xəstəliyi ilə birgə rast gəlinsə, artıq həmin xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər. Bu il bütün dünyada xüsusi ildir ki, qrip əleyhinə vaksinasiyanı çox diqqətlə həyata keçirmək lazımdır.

Məqsədimiz də odur ki, mövsümi qrip dediyimiz qripdən qorunaq və koronavirusa yoluxduğumuz halda, daha da ağır nəticələrə səbəb olmasın. Qrip əleyhinə həmin vaksinlər respublikaya gətiriləcək və bu, 4 valentli qrip vaksinidir. Onun tərkibində qrip törədicisinin ən geniş yayılmış 4 variantının ştambı var. Bu vaksinasiyadan sonra həmin şəxslərdə artıq qrip xəstəliyinə rast gəlinməyəcək.

İlk əvvəl bu peyvənd risk qrupuna daxil olan şəxslər üçün nəzərdə tutulur. O şəxslər ki, qrip xəstəliyini, eləcə də Covid xəstəliyini çox ağır keçirirlər. Onlar 65 yaş üzərində olanlar, xroniki xəstəliyi – ağciyərlər, ürək-damar, onkoloji, şəkərli diabet xəstəlikləri olanlardır.

Qrip əleyhinə qarşı bu peyvənd uzun illərdir ki, istifadə olunur və bundan heç də qorxub-çəkinmək lazım deyil. Çox az təsirlərə malikdir. Bunlar inaktivləşdirilmiş, yəni öldürülmüş vaksindir. Onların içində heç bir canlı, törədici, virus yoxdur.

Oktyabrın sonundan gec olmayaraq bu məsələlər artıq qurtarmalıdır.

Covid-19-a qarşı vaksinlərə gəlincə isə, hansı vaksini alacağımız məsələləri müzakirə olunur. Elə vaksin olmalıdır ki, effektiv olmalı, yan təsirləri, fəsadlaşmaları az olmalıdır. Həm də həmin vaksinlər ilk növbədə dediyimiz risk qrupundan olan şəxslərə nəzərdə tutulur. Daha sonra əhalinin digər təbəqəsi, məsələn tibb işçiləri, insanlarla çoxsaylı təmasda olanlar vaksinasiya olunacaqlar”.

Xəbər 1209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +