İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.07.2020  18:54 

Rəsmi Bakıdan təlimlərlə bağlı Ermənistan XİN-ə cavab





A+  A-

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimin bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirməsi məsələsinə cavab verib.
XəzərNews.az xəbər verir ki, L. Abdullayeva qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir:

“Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

Xəbər 2541 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +