İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.06.2020  09:36 

Mübariz İbrahimovun şəhid olmağından 10 il keçir





A+  A-

Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür.
XəzərNews.az-ın məlumatına görə, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb.

Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu ilin aprel ayından taqım komandirinin müavini vəzifəsində xidmət edir. Mübariz İbrahimov sanki hər an plan cızır, düşməni məhv etmək istəyi ilə alışıb-yanırdı.

2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən hərbçisini məhv edib.

M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, onlarla 5 saat təkbətək döyüşub.

Azərbaycan giziri həmin gecədən səhər saatlarınadək davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Mübariz bir gecədə xalqının qəhrəmanına çevrildi. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı.

Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova ərazi bütövlüyümüz və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Xəbər 1276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +