İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.05.2020  21:37 

Bugünkü 52 yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb





A+  A-

“Bu gün Azərbaycanda daha 52 nəfərdə koronavirus aşkarlanıb. Təkcə Gəncədə isə 32 yoluxma halı qeydə alınıb. Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejimi tələblərinin ciddi pozulduğunu göstərir”.
XəzərNews.az haqqın.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Bu təkcə Gəncəyə deyil, ölkənin digər iri şəhərlərinə də aiddir. Karantin rejimi qaydalarının yumşaldılmasından sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar sosial məsafəni gözləmirlər və maska taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə məqsədilə bütün tədbirləri görüb. İndi vətəndaşlar məsuliyyət göstərməli və karantin rejimi qaydalarına ciddi əməl etməlidirlər”, - deyə V.Əliyev bildirib.

Vasif Əliyev xatırladıb ki, Operativ Qərargahın sonuncu brifinqlərinin birində koronavirusa daha çox yoluxmanın aşkarlandığı bölgələr açıqlanıb. Onlar arasında Gəncədən başqa, Bakı, Sumqayıt, Lənkəranın adı çəkilib. Gərgin epidemioloji vəziyyət hökuməti bu şəhərlərdə karantin rejimini yumşaltmamaqla bağlı qərar verməyə məcbur etdi.

“Gəncədə yoluxanların sayının sürətlə artması ciddi siqnal kimi qəbul edilməlidir. Karantin rejimi gözlənilməsə, digər şəhərlərdə də vəziyyət pisləşəcək. İnsanlar başa düşməlidirlər ki, koronavirusla mübarizə bir-iki günün problemi deyil. Vəziyyətə daha ciddi yanaşmaq lazımdır”, - deyə V.Əliyev vurğulayıb.

ƏTRAFLI
Snickers
O əlavə edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət hər gün analiz edilir və əgər xəstələrin sayında artım müşahidə olunarsa, karantin rejimi nəinki uzadılacaq, eyni zamanda yenidən sərtləşdiriləcək:

“Azərbaycanın regionlarında xəstələrə bütün mümkün yardımı göstərən peşəkar həkimlər və xəstəxanalar var. Həmçinin, REACT-C19 layihəsi çərçivəsində Azərbaycana Türkiyədə təlim keçən həkimlər də gəldi. Onlar da regionlara göndərildi”.



Xəbər 1962 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +