İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.03.2020  16:53 

Təhsil naziri valideynlərə müraciət etdi





A+  A-

Təhsil naziri Ceyhun Bayramov şagird, müəllim və valideynləri Novruz bayramı münasibətilə təbrik edib.
XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz şagirdlər, hörmətli valideynlər! Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bahar əhval-ruhiyyəsi, can sağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

UNESCO-nun məlumatına əsasən, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb. Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verdik”.

Nazir bildirib ki, teledərslər bütün sinifləri və əksər fənləri əhatə edir: “Ümidvaram ki, bizim şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dəsrləri ev şəraitində müəllimlərin məsafədən verdikləri izah və təlimatlara uyğun olaraq dərsliklərdə olan ev tapşırıqlarını yerinə yetirərək tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar. Bu işdə onlara siz valideynlər yaxından dəstək olmalı və övladlarınızın ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalısınız. Əminəm ki, yaxın zamanda bütün işlər öz axarına qayıdacaq. Təhsil müəsissələrində dərs prosesi bərpa olunacaq. Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edir, ruzi-bərəkət və sağlıqlı günlər arzu edirəm!”

Xəbər 1102 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +