İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.03.2020  09:46 

Məktəb tətilində dəyişiklik olacaq?





A+  A-

Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin yeni qərarını şərh edib.
XəzərNews.az xəbər verir ki, E. Məmmədov qeyd edib ki, AR Nazirlər Kabineti yeni qərarı ilə (24.02.20, no. 66, qüvvəyə minmə - 15.09.20) ümumi təhsil müəssisələrində tədris ilinin müddətini təsdiq edib:

"Məktəbəhazırlıq qruplarında təhsil müddəti hər il oktyabrın 1-dən növbəti il mayın 31-dək, ümumi təhsilin digər səviyyələrində isə hər il sentyabrın 15-dən növbəti il iyunun 14-dək müəyyən edilib. Payız (16-20 noyabr), qış (27-31 yanvar) və məktəbəhazırlıq və ibtidai siniflər üçün əlavə (1-5 may) tətillər müəyyən olunub. Bununla belə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisində fərqli tədris ili müddəti müəyyən edilə bilər.

Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) tədris ilinin müddətində və tətil günlərində dəyişiklik etmək səlahiyyəti (i) respublikanın bütün ərazisində - Nazirlər Kabinetinə; (ıı) bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə - Təhsil Nazirliyinə aid edilib.

Bu qərara əsasən tədris ilinin müddətində və tətil günlərində hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb".

Xəbər 1329 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +