İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.03.2020  17:11 

Azərbaycanda 50 fermer “qara siyahı“ya salındı





A+  A-

Azərbaycanda təxminən 100 fermerin dövlətdən subsidiya almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yanlış məlumat daxil etdiyi üzə çıxıb.
Bu barədə XəzərNews.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, bunların təxminən 50-si artıq "qara siyahı"ya salınıb, qalan hissəsi ilə bağlı isə araşdırma aparılır.

"Fermerlər bu məsələdə mənfi hallara yol verməsinlər, əks təqdirdə "qara siyahı"ya salınacaqlar. Məsələn, torpağı olan şəxs həmin ərazini müqavilə ilə hər hansı fermerə icarəyə verir və əkini də həmin adam aparır. Subsidiya almağa gələndə isə torpaq sahibi dövlətə müraciət edir. Bu isə düzgün deyil, subsidiya torpaq üzərində əkin aparan şəxsə verilməlidir", - deyə nazirlik rəsmisi qeyd edib.

Xəbər 1391 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +