İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.01.2020  13:39 

AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə - Müraciət





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsulla hazırlanan spirtli içkilər səbəbindən zəhərlənmə halları ilə bağlı əhaliyə müraciət edib.
XəzərNews.az xəbər verir ki, Agentliyin müraciətində deyilir:

“Bayram günlərində vətəndaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb. Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır.

Ölkəmizdə də bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlirik. Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunmüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik.

Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər.

Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.

Xəbər 924 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +