İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2019  15:11 

Mirşahin ANS-ÇM-in tezliyini almaq üçün müraciət edib





A+  A-

“Ümumrespublika radio kanalının açılması üçün 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb. Hələlik hansı şirkətin radio üçün lisenziya alacağı dəqiq deyil”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev söyləyib. O qeyd edib ki, 102,0 FM radio tezliyinin satılması haqqında mətbuatda yayılanlar həqiqəti əks etdirmir:

“Elan olunmuş müsabiqə dekabr ayının 12-də bitəcək. Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası ona veriləcək”.

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb: “Seyfulla Mustafayevin və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadırlar. Amma qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.

Qeyd edək ki, noyabrın 12-də Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Xəbər 920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +