İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.12.2019  14:02 

Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama





A+  A-

Bir neçə gündür ki, sosial şəbəkələrdə Nazirlər Kabinetinin 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi məsələsi müzakirə olunmaqdadır.
XəzərNews.az xəbər verir ki, bu məqsədlə Nazirlər Kabineti ictimaiyyətə sözügedən qərarla bağlı izah verib. Bildirilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

Bu qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir. Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Xəbər 1487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +