İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.11.2019  12:21 

İcbari Tibbi Sığortada 3000-ə yaxın xidmət olacaq





A+  A-

“Gələn ilin dövlət büdcəsindən tibbi xidmətlərin verilməsi üçün 90 manat vəsait dövlət büdcəsindən ödəniləcək. Bura ilkin səhiyyə xidməti, Təcili Tibbi Yardım, ambulator, stasionar xidmət və həyati vacib olan xidmətlərin siyahısı daxildir. Məsələn, anadangəlmə ürəkqüsurlu olan körpələrin müalicəsi də büdcə hesabına ödəniləcək”.
XəzərNews.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şükür Eyvazov “REAL” TV-yə müsahibəsində deyib.

Ş.Eyvazovun sözlərinə görə, vətəndaşlar ödəniş üçün müraciət etməyəcəklər: “Çünki dövlət tərəfindən adambaşına 90 manat ödənilir. Qeyd edim ki, yeni hazırlanan xidmətlər zərfində say 3000-ə çatdırılıb. Burada koxlear implantasiya daxildir.

Bizim vətəndaşa xidmət etmək üçün maliyyəmiz yüksəkdir. Əgər vətəndaş xəstələnibsə, ona seçim limiti qoyulmur. Əgər müayinə nəticəsində şəxsdə xəstəlik aşkar olunubsa və həmin xəstəliyin müalicəsi, əməliyyatı xidmətlər zərfində öz əksini tapıbsa, bu, həyata keçiriləcək. Çünki vətəndaşın sığorta ödəmələri var.

Ona görə hara müraciət etməsindən asılı olmayaraq ona xidmət ediləcək”.

Xəbər 1181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +