İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.11.2019  12:37 

Türkiyədə 4 bacı-qardaş eyni anda intihar etdi - Hökumət işə qarışdı





A+  A-

Türkiyədə ötən gün baş vermiş intihar hadisəsi bütün ölkəni şoka salıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, İstanbulun Fateh rayonunda yaşayan Yetişkin ailəsinin 4 üzvü eyni anda intihar edərək həyatlarına son qoyub. Bunlar Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamurandır (60 yaş).

Məlumata görə, onlar intihardan öncə mənzilin qapısına “Diqqət, siyanür (zəhərli maddə) var. Polisə zəng edin, içəri daxil olmayın” qeydini asıblar.

Bunu görən sakinlər polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirərkən mənzilin içərisində yerə səpələnmiş depressiya əleyhinə dərmanları və 4 bacı-qardaşın cəsədlərini aşkarlayıb.

Bildirilir ki, ailə üzvləri maddi imkansızlıqdan və külli miqdarda borc ucbatından canlarına qəsd ediblər. Bacı-qardaşların heç biri evli olmayıb.

İntihar məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) də müzakirə olunub. Vitse-prezident Fuad Oktay Yetişkin ailəsindən danışarkən bildirib:

“Aclıqdan intihar etməyiblər. Bu xəbər doğru deyil. Bizdə kasıblıqdan intihar etdiklərinə dair məlumat yoxdur”.



Xəbər 1279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +