İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.10.2019  08:57 

Rusiya “Qarabağ Ermənistandır” fikri ilə razı deyil - İlk rəsmi açıqlama





A+  A-

““Qarabağ-Ermənistandır” bəyanatı siyasi prosesin yenilənməsi üçün müsbət atmosferin yaradılmasına kömək etmir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri bu gün “Valday” diskussiya klubunun iclasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Bununla da o, Ermənistanın Baş Naziri Nikol Paşinyanın sözügedən bəyanatı ilə bağlı Rusiya adından ilk dəfə açıqlama verərək onunla razılaşmadıqları barədə rəsmi mövqe nümayiş etdirib. Lavrov “Qarabağ-Ermənistandır” bəyanatını Albaniyanın Baş Nazirinin “Kosovo-Albaniyadır” bəyanatı ilə müqayisə edib:

“Tərəflər müxtəlif bəyanatlar səsləndirirlər. O cümlədən, “Qarabağ-Ermənistandır” fikri səsləndirildi. Bu, “Kosovo-Albaniyadır” bəyanatına oxşadı. Əlbəttə, bu cür bəyanatlar siyasi prosesin yenilənməsi üçün müsbət atmosfer qurulmasına mane olur”.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya Paşinyanın Qarabağla bağlı bəyanatına qarşı çıxsa da, Ermənistandan vaz keçmək fikri yoxdur:

“Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”.

Xəbər 1249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +