İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.09.2019  17:21 

Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldı





A+  A-

Bakıda doğuş zamanı körpə ölümü baş verib.
Bu barədə XəzərNews.az-a məlumatı xəstənin qohumu Xalid Nəmətzadə verib. O bildirib ki, hadisə 2 saylı Dəmiryol Uşaq Poliklinikasında baş verib. Səadət Qurbanova adlı qadın 23 sentyabr tarixində doğuş sancısı ilə xəstəxanaya aparılıb. Lakin bu zaman məlum olub ki, onun həkimi Zərnişan İsmayılova istirahətə gedib. Odur ki, doğuşu başqa həkim Səkinə Əsədova həyata keçirib:

“Doğuş 4 saat çəkdi və bu zaman ərzində bizə heç bir məlumat verilməyib. Son anda bildik ki, körpə ölüb. Ölümə səbəb kimi isə uşağın çəkisini göstərdilər. Uşaq 4 kiloqram 700 qram doğulub. Hamı dedi ki, bu zaman həkim qeysəriyyə əməliyyatı etməli idi. Lakin bizə məlumat verilməyib.

Hətta ana da ölə bilərdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, baş həkimə müraciət etmişik. Baş həkimin müavini bildirdi ki, artıq həkim işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından da aldığımız məlumata görə, hazırda istintaq işi aparılır”.

Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +