İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.06.2019  09:02 

Güləşçimiz erməniyə qalib gələrək medal qazanıb





A+  A-

Azərbaycan güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.
XəzərNews.az xəbər verir ki, çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz turnirə iddialı başlayıb. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına birinci hissə başa çatmadan qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Təmsilçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz hesabda öndə olsa da, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Z.Əliyev bürünc medal uğrunda prinsipial qarşılaşmada Ermənistan güləşçisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. İdmançımız bu qələbə sayəsində qitə birinciliyində komandamızın aktivinə ilk medalı yazdırıb.

Xəbər 798 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +