İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.06.2019  10:43 

Ramil Usubov daha bir rəisi işdən çıxardı





A+  A-

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.
XəzərNews.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.

Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Xəbər 1000 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +