İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.05.2019  15:30 

“O, belə ifadələr işlədərkən səhərə nə yemişdi?” - Çingiz Abdullayev





A+  A-

"Turistlərin Bakıda gecə hücumundan ehtiyatlanmalı olması ilə bağlı bəyanat çox yanlışdır. Mənə son illərdə əcnəbilərin soyulduğu bar və restoran göstərin. Heç olmasa bir neçəsini".
XəzərNews.az xəbər verir ki, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Britaniya XİN-in tövsiyələrinə və “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının final görüşünün Bakıda keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibətində bildirib.

Abdullayev feysbuk səhifəsi vasitəsilə almaniyalı çalışdırıcının cavabını verib: “Klopp soruşub ki, final görüşünü Bakıya həvalə edənlər səhər yeməyində nə yeyiblər... İndi isə mən Kloppdan dəqiqləşdirmək istəyirəm. O mənim ölkəmin ünvanına belə nalayiq ifadələr işlədərkən səhər nə yemişdi? Alman Kloppa sadəcə xatırlatmaq istəyirəm ki, milliyyətçi sosializmin ideologiyası əsasında xalqların “arilər” və məhvə məhkum ikinci dərəcəlilərə bölünməsi durur. Bütün bu slavyanları, yəhudiləri, qaraçıları. Əlbəttə, yox. O belə vəhşi bəyanatlarla çıxış etmir. Amma başqa ölkə və başqa xalqa çox güclü elementar laqeydlik təsiri bağışlayır”.

Abdullayev, eyni zamanda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatına da münasibət bildirib: “Böyük Britaniya sivilizasiyanın inkişafına və mədəniyyətə xüsusi töhfə verib. Öz dili, tarixi, ədəbiyyatı, elmi və musiqisi ilə... Mənim bu ölkəyə hörmətim hədsizdir. Bu gün Bakı MDB ölkələrinin ən təhlükəsiz şəhərlərindən biridir. Son illərdə biz bütün dünyaya yayımlanan beynəlxalq tədbirlər keçirmişik. Hardasa əcnəbilərlə bağlı münaqişə barədə eşitməmişəm. Hətta əksinə, ingilis azarkeşlərin çılğınlığından ehtiyatlanmalıyıq ki, onların da bəzilərini Avropa qitəsinə buraxmırlar. Centlemenlər, yaxşı deyil. Tam düzgün deyil. Mən qıcqırmış vətənpərvər və millətçi deyiləm. Amma ölkəmlə xalqımı nümayişkaranə və haqsız yerə acılayırlarsa, sadəcə olaraq susa bilmirəm”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal”la “Çelsi” arasında keçiriləcək.

Xəbər 1551 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +