İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.04.2019  13:43 

“Xarici İşlər naziri niyə bununla bağlı bəyanat vermir?!”





A+  A-

“Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib. Bu hesabat da 6 dildə yayımlanıb. Bu, onların növbəti təxribatıdır”
XəzərNews.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsində deyib.

O deyib ki, bununla bağlı müvafiq qurumlar münasibətini bildirməlidirlər: Ermənistan belə təxribatları bir neçə dəfə edib. İndiyə qədər, BMT belə bir şeyə yol verməyib. Bu dəfə isə BMTdə bu təxribata imkan verib. Həmin hesabatı öz saytında yerləşdirib və 6 dildə yayımlanıb. BMT işğal faktını dəfələrlə qeyd edib.Ermənistan bir az da qabağa gedərək qondarma “Artsax” adı ilə bu hesabatı təqdim edib. Bunu Azərbaycanın BMT-də akkreditə olunmuş şəxsləri araşdırılmalıdır və bu hesabat BMT-nin saytından çıxarılmalıdır”.

Deputat Tahir Kərimli də həmkarının fikirlərini dəstəkləyib. Təklif edib ki, sülh danışıqlarından imtina edilsin: “Hazırda xalqları sülhə hazırlamaq ətrafında müzakirələr gedir. Hansı sülhdən danışılır? Axı ermənilər bizi təhqir edir və deyirlər ki, sizə bir qarış da torpaq verməyəcəyik. Bacarırsınızsa, gəlin alın. Xarici İşlər naziri niyə bununla bağlı bəyanat vermir?!”.

Vitse-spiker Valeh Ələsgərov isə sülh danışıqlarının və sülh razılaşmasının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirib: “Axı, nəyə görə insanları qıcıqlandırmaq lazımdır. Real siyasətdən başı çıxan adamlar bunu deməməlidir”.

Xəbər 1172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +