İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.04.2019  14:11 

237 gəncin təhsil haqqı Gənclər Fondu tərəfindən ödənilib





A+  A-

Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.
XəzərNews.az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib.

İcraçı direktorun sözlərinə görə, 2018-ci ildə Fondun fəaliyyət sahəsi bir qədər genişləndirilib.

“2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib.

Fonda 724 müraciət daxil olub və bu günə qədər də davam edir.

F.Cəfərov bildirib ki, bu ilin iyun-avqust ayları ərzində yenidən müsabiqə elan ediləcək və bu il ən azı əvvəlkindən 2 dəfə çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur.

Xəbər 1017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +