İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.03.2019  22:29 

İcra hakimiyyətləri büdcədən artıq vəsait alaraq... - Nöqsanlar üzə çıxdı





A+  A-

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ildə aparılmış nəzarət tədbirləri zamanı yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində nöqsanlar aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda qeyd edilir ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi aşkar edilib.

Həmçinin, rayon mərkəzlərində (şəhərlər) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bir sıra hallarda tərtib edilməyib, tərtib edildiyi halda isə işlərin dəyəri əsassız olaraq artırılıb və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənib.

Bununla yanaşı, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda baxçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.

Yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılmış xidmət qurumlarında uçot və hesabat işləri lazımi səviyyədə təşkil edilmədiyindən onların təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələr verilməyib, balans hesablarının analitik uçotu aparılmayıb, bəzi hallarda əsas vəsaitlərə köhnəlmələr hesablanmayıb.

Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlarr göndərilib.

Xəbər 1207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +