Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.02.2019  08:56 

Gecə rejimində işləmək müxtəlif xəstəliklərə yol açır - Həkim MƏSLƏHƏTİ





A+  A-

“Gecə saatlarında mütəmadi çalışmaq insanların yuxu rejiminin pozulmasına gətirib, çıxarır”.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a gecə rejimində çalışmağın zərərlərindən danışarkən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-nevroloqu Nuran Əmənullayev məlumat verib. O, xüsusilə qeyd edib ki, gecə yuxusu insan orqanizmi üçün vacib əhəmiyyət kəsb edir:

“Gün ərzində beyin hüceyələri daim fəaliyyətdədir. Gecə yuxusu ona görə lazımdır ki, beyin kobud şəkildə desək, istirahət edə bilsin. İstirahət vaxtı beyin öz işini yenidən proqramlaşdırır. Nəticədə də növbəti günə normal başlaya bilirik. Əgər yuxu rejimi pozularsa, insan gecələr oyaq qalarsa, bioloji ritm dəyişir. Bu isə müxtəlif xəstəliklərə yol açır. Başağrısı, əsəbilik, diqqətsizlik, yuxunun qalıcı pozulmaları meydana çıxa bilər. Uzun müddət gecə rejimində çalışan şəxslər gələcəkdə iş rejimini dəyişsələr belə, uzun illər gecə yuxusunun pozulmasından əziyyət çəkirlər. Çünki illərlə gecə rejimində çalışanlar normal rejimə keçdikdə uyğun şəraitə adaptasiya oluna bilmirlər”.

Həkimin sözlərinə görə, gecə yuxusunun pozulması arterial təzyiqin qalxmasına, hormanların sintezində dəyişikliyə, maddələr mübadiləsinin qeri-düzgün getməsinə, zehni fəaliyyətin azalmasına yol açır:

“Bütün bunlar emosional mobilliyə, depressiyalara gətirib çıxarır. Yaddaşın zəifləməsi, diqqətin pozulması, əsəbilik, gərginlik, xroniki başağrıları da gecə yuxusunun pozulmasının nəticələri ola bilər”.

N. Əmənullayev onu da bildirib ki, normal yuxu müddəti gündə 6-8 saatdır:

“Bu, əksər insanlar üçün normal yuxu rejimi sayılır. Müəyyən qrup insanlar ola bilər, gün ərzində çox az yatırlar. Amma onların fizioloji quruluşları bu cürdür. Eyni prosesi bütün insanlara şamil etmək olmaz.

Yuxu pozulmasları insonmiyalar sayılır. Bizim sinir sistemimiz digər orqanların fəaliyyətinə nəzarət edir.

Əgər sinir sistemi dincəlmirsə, digər orqanlar üzərində hakimiyyətini tam idarə edə bilmir. Nəticədə orqanların fəaliyyətində pozulma qaçılmaz olur.

Gecə rejimində çalışan insanlar gecə yatmadığı yuxunu gündüz saatlarında almağı bacarmalıdır. Bir şəxs gündüz 2-6 saat yatır, bütün gecəni oyaq qalırsa, yenə də funksional baxımdan narahat olur. Çünki orqanizmin bəzi hormonları var, gecə saatlarında – havanın qaranlığı altında dəyişik miqdarda, formada fəaliyyət göstərir. Bu səbəbdən orqanizmin gecə yuxusu almasına təlabat yaranır”.

Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +