İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.01.2019  10:14 

Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş - TƏFƏRRÜAT





A+  A-

Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun ölüm səbəbi əslində qəza deyilmiş.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az saytına Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, mərhum Elçin Qasımov qəzaya uğramayıb, kanatla hərəkət edərkən yüksək qan təzyiqi yaranıb, sonra vəfat edib.

“Elçin İsveçrədəki qış turizm mərkəzindəki kanata minib. Kanatdan düşdükdən sonra isə onun vəziyyəti pisləşib. Dərhal həkimlər ona ilkin tibbi yardım göstəriblər. Bu zaman aydın olub ki, Elçin Qasımovun təzyiqi həddindən çox yüksəlib. Mərhumun ölümünə də səbəb məhz budur”.

Elçin Qasımovun subay olduğu da bildirilib.

Mərhumun nəşi bu axşam Bakıya gətiriləcək. Elçin Qasımovun “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacağı bildirilir. Yas mərasimi bazar ertəsi Heydər” məscidinə keçiriləcək.

Xatırladaq ki, dünən bir sıra mətbuat orqanlarında 29 yaşlı Elçin Qasımovun İsveçrədə xizək qəzasına düşməsi və hadisə nəticəsində ağır kəllə-beyin travması alaraq dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Xəbər 1184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +