İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.01.2019  11:36 

Ronaldoya 23 ay həbs cəzası verildi





A+  A-

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq hücumçusu Kriştiano Ronaldo məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.
XəzərNews.az xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu yanvarın 22-si İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində 23 aylıq həbs və 18,7 milyon avro cərimə edilib. Futbolçu ona qarşı irəli sürülən bütün ittihamlarla razılaşıb. İspaniya qanunlarına əsasən cəza müddəti 2 ildən çox olmadığına görə Ronaldo şərti cəza ilə azadlığa buraxılıb.

Qeyd edək ki, portuqaliyalı ulduz 2011-ci ildən 2014-cü ilədək 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub.

Hücumçu 2018-ci ildən İtaliyanın “Yuventus” klubunda forma geyinir. Ronaldo cari mövsümdə Turin təmsilçisinin heyətində 27-oyun keçirib və 16 qol vurub.

Xəbər 1228 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +