İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.12.2018  10:42 

“Ağzınızdan səhv buraxmısız…” - Qalmaqal böyüyür





A+  A-

Müğənni Xatirə İslamla əməkdar artist Məlahət Abbasova arasında yaranan qalmaqal səngimək bilmir.
XəzərNews.az xəbər verir ki, iki məşhur xanımın bir-birinə söz atmaları sosial şəbəkələrdə davam edir. M. Abbasova ötən gün Xatirənin onun barəsində “Hansısa serialda süpürgəçi kimi çəkilmisiz” fikrinə münasibət bildirib:

“Bir tikə çörək pulu üçün namusu ilə, şərəfi ilə gecə-gündüz qarda, yağışda, istidə küçələri süpürən mənim qeyrətli ağbirçək analarım. Hamısının öz ayrı hekayəsi, öz ağrılı dərdi var. Amma bilirəm ki, heç bir ana kefindən bu işi seçməz. Süpürgəni tutan əllərinizdən öpürəm. Qarşınızda baş əyirəm. Namusunuzla, şərəfinizlə əlinizə süpürgə aldığınız üçün sizdən utananlar, o ağ saçlarınıza baxıb utansınlar. Kaş ki, sizin həyatınızla bağlı bir ssenari yaza biləydim baş rolda da özüm oynayardım”.

X. İslam isə əməkdar artistin instaqramdakı paylaşımından sonra video açıqlama yayıb. Müğənni qeyd edib ki, aktrisa özünə xal qazanmaq üçün müxtəlif üsullardan istifadə edir:

“Götürüb süpürgəçilərin şəklini düzürsüz və altdan yazırsınız ki, namusu ilə pul qazanan süpürgəçilərin qarşısında baş əyirəm. Başa salın görüm, bu məsələnin süpürgəçilərə nə aidiyyatı var? Onların şəklini qoyub özünüzə xal qazanırsınız? Siz ağzınızdan səhv buraxmısınız və cavabını da almısınız. Belə şeylər etmək lazım deyil. Şəhid analarının, əsgərlərin, xəstə uşaqların yanında hörmət qazanmaq lazımdır. Süpürgəçilərə, imkansızlara hörmət eləmək lazımdır, yoxsa yalanda şəkil qoymaq lazım deyil”.

Qeyd edək ki, cütlük arasında qalmaqal Abbasovanın Xatirənin "Kelebek"dəki geyimini tənqid etməsindən sonra başlayıb.


Xəbər 1280 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +