İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.12.2018  16:11 

Jurnalistlərin binasından 3-cü velosipedi oğurlayarkən həbs olundular





A+  A-

Jurnalistlərin binasından media nümayəndələrinin velosipedlərini oğurlayan şəxslər həbs edilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, noyabrın 24-ü saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 saylı binanın 105 nömrəli mənzilinin giriş qapısının qarşısından Süleyman İsmayılbəyliyə məxsus 150 manat dəyərində velosiped oğurlanıb.

Həmin gün saat 22 radələrində 131 nömrəli mənzildə yaşayan Müşfiq Ələsgərliyə məxsus 550 manat dəyərində “Wolf” markalı velosiped qapının qarşısından oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq və oğurluğa cəhd maddələri ilə cinayət işi başlanılıb. İş Səbail RPİ-nin müstəntiqi, polis leytenantı İslam Mürsəlovun icraatına verilib.

Binadan mütəmadi oğurluq edən şəxslər növbəti cəhdlərində ələ keçiblər. Noyabrın 26-sı gecə saat 01 radələrində 130 nömrəli mənzildə yaşayan Rəsmiyə Qarayevanın oğluna məxsus 225 manat dəyərində “Lada Sport” markalı velosipedi götürüb pilləkənlərlə aşağı düşürərkən binanın mühafizəçisi İbrahim Əhmədov tərəfindən saxlanılıblar.

Onların həmin vaxt sərxoş olduğu məlum olub. İstintaq zamanı sözügedən şəxslərin 1979-cu il təvəllüdlü Füzuli rayon sakini Kənan Orucov və tanış Anar Şahbazov olduğu müəyyən edilib.

Müstəntiq İ.Mürsəlovun vəsatəti əsasında prokurorluğun verdiyi təqdimatla Səbail Rayon Məhkəməsi K.Oruov və A.Şahbazov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin hər üçü jurnalistdir. Oğurluqların hər üçü binanın 12-ci mərtəbəsində baş verib. Rəsmiyə Qarayeva Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşıdır. Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədridir. Süleyman İsmayılbəyli “Olaylar” qəzetinin əməkdaşıdır.

Xəbər 935 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +