İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.11.2018  18:23 

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı





A+  A-

"2017-ci ilin dekabrına olan məlumata əsasən, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 057 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub".
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayının hər il 12-15 faiz artdığını deyən B.Salek qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan xəstələrin 1654 nəfəri uşaqdır: "Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur".

O əlavə edib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb:

"Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu ya koma öncəsi, yaxud koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur".

B.Salek bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər yanaşı xəstəlikləri ağırlaşdırır: "Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəliklər yaradaraq insan ölümünə səbəb ola bilir".

Xəbər 1069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +