İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2018  17:51 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4 sm artım, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm (2017-ci il oktyabrın 19-da 372 sm), Şirvanda 199 sm (2017-ci il oktyabrın 19-da 249 sm), Salyanda 141 sm (2017-ci il oktyabrın 19-da 224 sm), Bankədə 167 sm (2017-ci il oktyabrın 19-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 19-da 75 sm) təşkil edib.

Xəbər 1026 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +