İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.09.2018  11:56 

“Elm haqqında” qanuna dəyişiklik edilir





A+  A-

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Elm haqqında” qanuna dəyişiklik təklif olunub.
XəzərNews.az xəbər verir ki, qanunun 39-cu maddəsinin 39.6- cı bəndinə təklif olunan dəyişikliyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda doktorantura səviyyəsində təhsil alması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsis etdiyi qrant proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.

Bundan əlavə, komitədə “ Təhsil haqqında” qanun layihəsinə dəyişiklik təklif olunur. Maddə 7-nin 7.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, tədris dilini zəif bilən təhsialanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

Maddə 22-nin 22.12- ci bəndi isə doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azrbaycanlın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Maddə 44-ə isə yeni 44.1-1 –ci bəndin əlavə edilməsi təklif edilir.

Yeni bənddə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kovotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir.

Sözügedən dəyişikliklər müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 1065 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +