İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.08.2018  14:23 

Almaniya MDB ölkələri ilə bağlı qərar verdi





A+  A-

Avropa Komissiyası üçüncü ölkələrə “qızıl pasport”ların verilməsini azaltmaq niyyətindədir.
XəzərNews.az Almaniyanın nüfuzlu “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, əsasən daşınmaz əmlak və investisiyaya görə əldə edilən qızıl pasportların MDB ölkələrinə verilməsi azaldılacaq.

“Avropa Komissiyası “qızıl pasport”ların verilmə sayının artması ilə əlaqədar çox narahatdır” – Avropa Ədliyyə Komissarı Vera Yurova bildirib.

Onun sözlərinə bu qərar çirkli pulların yuyulması və Aİ-nin təhlükəsizliyini pozmaq üçün "qızıl" sənədlərdən istifadə təhlükəsi ilə bağlıdır.

Xatırladaq ki, “qızıl pasportlar” bəzi Avropa ölkələri tərəfindən daşınmaz əmlakın əldə olunması və ya ölkə iqtisadiyyatına nəzərəçarpan investisiya qoyuluşu müqabilində üçüncü ölkə vətəndaşlarına verilir.

Yurova bu sənədlərin ittifaq içərisində ən çox Kipr, Yunanıstan və Malta kimi ölkələr tərəfindən verildiyinə diqqət çəkib.

Bu sənədlərin ən çox əldə edildiyi ölkələr sırasında isə Çin və keçmiş SSRİ məkanın dövlətləri üstünlük təşkil edir.

“Biz ittifaqa “Troya atı” istəmirik. Bəzi ölkələr AB təhlükəsizliyinə problem yaradan və pulların yuyulması ilə məşğul olan cinayətkarlara ayrılmaması vətəndaşlığın üçün daha çox iş görməlidirlər” – Avropa Komissarı bildirib.

Qeyd edək ki, Kipr və adları çəkilən digər ölkələr “qızıl pasport”ların satılması ilə əlaqədar uzun müddət tənqidə məruz qalıb. Guardian qəzetinin araşdırmasına görə Nikosiya 2013-2017-ci illərdə Rusiya və Ukrayna elitasına bu sənədlərin satışından 4 milyard avro qazanc əldə edib. Araşdırmada bu tendensiyanın İspaniya, Latviya, Macarıstan və Portuqaliya kimi ölkələrdə də davam etdiyi vurğulanır.

Xəbər 924 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +