İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.06.2018  15:24 

Generaldan AÇIQLAMA: “Ermənilər yenə Qarabağda firavan yaşamaq istəyirlərsə...”





A+  A-

“Ötən gün keçirilən hərbi paradda mən də iştirak edirdim. Bu hərbi parad Azərbaycan xalqına növbəti ruh yüksəkliyi yaşatdı”.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Deputat deyib ki, nə qədər gec deyil, Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır:

“Əks halda Azərbaycan ordusu tez bir zamanda öz tarixi torpaqlarını işğaldan azad edəcək. Cənab prezidentin də dediyi kimi, Azərbaycan ordusu güclüdür, sadəcə olaraq siyasi yolla torpaqlarımızı almaq istəyirik, qan tökmək istəmirik. Buna görə də ermənilərin ağıllarını başına yığıb torpaqlarımızdan geri çəkilsinlər.

Necə ki, vaxtilə ermənilər Qarabağda azərbaycanlılarla firavan yaşayırdılarsa, bundan sonra da yaşaya bilərlər. Bunun üçün ermənilər işğalçılıq siyasətinə son verməlidir.

Ötən gün keçirilən hərbi paradda çıxışı zamanı cənab prezident bir daha bunları xalqımıza çatdırdı.
Bu gün Azərbaycan ordusu elə gücə malikdir ki, işğal altında olan torpaqlarımızı hər an azad edə bilər. Bu güclü ordunun olmasına görə hər birimiz Ulu Öndər Heydər Əliyevə və cənab prezident İlham Əliyevə təşəkkür etməliyik.

Azərbaycan xalqına da ən böyük arzum odur ki, dövlətimizin adını, üçrəngli bayrağımızı daim uca tutsunlar”.

Ə.Hüseynov qeyd edib ki, Türkiyə hərbiçilərinin Bakıda keçirilən hərbi paradda iştirak etməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bariz nümunəsidir:

“Necə ki, biz 1918-ci ildə Türkiyə ilə bir yerdə olmuşuqsa, bu gün də bu birlik davam edir”.

Xəbər 1306 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +