İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.06.2018  11:15 

Nazir oğlunun bahalı itləri Mais Piriyevi əsəbiləşdirdi





A+  A-

Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun oğlunun dünyada “Anadolu aslanı” kimi tanınan poyraz itləri alması, onları Türkiyədə 10 hektarlıq ərazidə saxlaması haqda məlumatlar yayılıb. Qeyd edək ki, məlumatların ana mənbəyi Türkiyə mətbuatı olub.
İt fermasının sahibi Birol Başyiğitin sözlərinə görə, bu itlər iri cüssəli, qoruma instinkləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkir. O bildirib ki, bu itləri nazirin oğlu Anadolunun Erdemit qəsəbəsində, 10 hektar xüsusi hasarlanmış ərazidə bəsləyir.

Məlumat Azərbaycan mediasının da diqqətini çəkib və müzakirələrə səbəb olub.

Məlum olduğu kimi, poyraz itlərin bəslənməsi, qidalanması, eyni zamanda onları saxlayan çobanın məvacibi böyük məbləğdə xərc deməkdir. Nazir oğlunun bu cür bahalı bir əyləncə ilə məşğul olması ictimai fikirdə qıcıq yaradır. Mətbuatda, sosial şəbəkələrdə Samir Şərifovun oğlunun bu pulları haradan alması, bahalı hobbisini hansı mənbələrdən maliyyələşdirdiyi sualları səsləndirilir.



XəzərNews.az Musavat.com-a istinadən bildirir ki, Nazir Samir Şərifov isə məsələ ilə bağlı mətbuata açıqlama verməyib, susmağı üstün tutub. Maraqlıdır, nazirin susmasının səbəbi nədir?

Bu cür durumlarda məmur mediaya hansısa formada açıqlama, izahat verməyə borcludur. Samir Şərifov ölkənin maliyyə siyasətinin əsas, aparıcı icraçı məmurlarındandır. Onun oğlunun adının bahalı əyləncələrdə hallandırılması ictimaiyyətdə haqlı suallar doğurur.



Azərbaycan mediası nazirlərlə, başqa iri ranqlı məmurlarla birbaşa əlaqə saxlamaq imkanından məhrumdur. Ona görə də mövzu ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev sualımızı aqressiv qarşıladı: “Bax elə bu cür məsələlərə münasibət bildirmirik. Hansı müzakirələrə səbəb olub? Nazirin oğlu harada 10 hektarlıq ərazidə it saxlayır? Bu cür məsələlər adama gülməli gəlir. Ümumiyyətlə, nazir bu cür qeyri-ciddi məsələlərlə bağlı heç vaxt açıqlama vermir”.

Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +