İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.06.2018  13:38 

Qanunsuz parklanmalar ləğv ediləcək - SİYAHI





A+  A-

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxacların aradan qaldırılması üçün kompleks tədbirlərə başlayacaq.
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı agentlik mütəxəssisləri Bakıda 16 kəsişməsi olan 11 arterial avtomobil yolunda təhlillər aparıb:

"Həmin yollar kifayət qədər geniş olsa da, burada avtomobillərin düzgün parklanmaması tıxaclara səbəb olur. Paytaxtda qanunsuz parklanmalar aparılır ki, hansı ki, həmin parklanma edilən zolaqlarla avtomobillər rahat hərəkət edə bilər. Qanunsuz parklanmalar avtomobillərin normal hərəkətinə mane olur və nəticədə tıxaclar yaranır".

M.Ağayev bildirib ki, bununla bağlı yaxın vaxtlarda lazımi tədbirlər görüləcək.

Nəzərdə tutulan 11 yol kəsişməsi bunlardır:

1. “Tbilisi” pros. - “Bakıxanov” - “A.Salamazadə”

2. “Z. Əhmədbəyov” – “C.Cabbarlı" - “S. Qurbanov” – “Azərbaycan”“Bakıxanov” “İstiqlaliyyət”

3. “A. H. Əliyev” - “Tbilisi” - “C.Hacıbəyli”

4. “Bakıxanov” - “Bakıxanov” dairəsi - “C.Hacıbəyli”

5. “Füzuli”- “Ş. Bədəlbəyli” - “Azərbaycan” - “S.Vurğun”

6. “S. Vurğun” - “Bakıxanov” - “Füzuli”

7. “R. Behbudov” - “Bakıxanov” - “Füzuli”

8. “Azadlıq” - “Bakıxanov” - “Füzuli”

9. “28 May" - “A.Puşkin” - “Y.Səfərov”

10. “Ü.Hacıbəyov” - “A.Puşkin” - “Y.Səfərov”

11. “Y.Səfərov” - “Ü.Hacıbəyov” - “Babək”.

Xəbər 1000 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +