İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.06.2018  15:12 

Ermənilər Azərbaycan ordusunun irəliləməsindən təşvişə düşdülər





A+  A-

Ermənistanda hələ də Naxçıvan ordusunun cənub-şərq istiqamətində irəliləyərək strateji yüksəklikləri ələ keçirməsini həzm edə bilmirlər.
XəzərNews.az xəbər verir ki, erməni KİV-ləri məsələni hələ də müzakirə ediblər.

Məsələn, razm.info hərbi-siyasi portalı Areni kəndində çəkilən reportajı yayımlayıb. Azərbaycan ordusunun əməliyyatından sonra Vanadzor vilayətinə və kəndə nəzarət ordumuza keçib. Erməni jurnalistin sözlərinə əsasən, Azərbaycan ordusunun mövqeyi kənddən 1700 metr hündürdə yerləşir. Deməli, kəndi iri çaplı silahdan atəşə tutmaq asandır. Reportajda kənd sakinləri Azərbaycan ordusunun yeni mövqelərini göstərirlər.

Portal peykdən çəkilən fotolarla Azərbaycan ordusunun may ayındakı hərəkətini şərh edib. Bildirilir ki, sərhəd xəttində vəziyyət 2-27 may arasında dəyişib. Azərbaycan ordusu qısa müddət ərzində yeni mövqelərinə yol çəkib və mühəndis-minaaxtaran işlərini həyata keçirib.

Jurnalist iddia edir ki, Azərbaycan ordusu 1992-ci ildən erməni tərəfinin nəzarət etdiyi Günnüt kəndini atəş altından çıxarıb. Eyni zamanda Areni erməni kəndini nəzarətə götürüb. Azərbaycan ordusunun əməliyyatı 2 may tarixində başlayıb. Əsas faza isə 17-27 may tarixləri arasında baş tutub.

Azərbaycan ordusu yeni mövqelərinə 5 yeni yol çəkib. Əgər əvvəllər iki qoşun arasındakı məsafə 4.5-5 km idisə, indi bu məsafə 750-1600 metrdir. Günnüt kəndi ətrafındakı erməni postları isə Azərbaycan ordusunun postlarından aşağıda qalıb.

17 may tarixindən sonra Azərbaycan ordusu Areni kəndi istiqamətində mühəndis işləri aparıb və iki erməni postundan yuxarıda yerləşən mövqelərini möhkəmləndirib. Bundan sonra isə Azərbaycan ordusu Arpaçay su anbarının cənub sahillərində mövqe tutaraq Areni kəndini nəzarətə götürüb.
Azərbaycan ordusunun bu mövqeyi ən yaxın erməni postundan cəmi bir neçə yüz metr məsafədə yerləşir.

Azərbaycan ordusunun yeni mövqeləri Yerevan-Gorus-Laçın yoluna nəzarət etməyə imkan verir.

Ermənistanda isə panika yaranıb. Ermənilər baş verənlərə görə müdafiə nazirliyini günahlandırırlar.

Xəbər 1928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +