İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.05.2018  17:03 

“Jurnalisti yerə yıxıb üstündə oturdum” - Qadın direktor





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova ifadə verib.

O deyib ki, 2017-ci ilin avqustunda mətbuatda barəsində xoşagəlməz yazılar dərc olunub və jurnalistlər zəng edərək ondan pul tələb ediblər: “5 min manat tələb etdilər, 2 minə razılaşdıq. Rauf tez-tez mənə zəng edirdi, gecələr zəng edib məni narahat edirdi, mənimlə şəxsi münasibət qurmağa çalışırdı. Məndən əl çəkməsi üçün ona yalvarırdım. Sonra məcbur olub Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdim. Əməliyyat quruldu, pulu vermək üçün onun evinə getdim. İçki təklif etdi, başı xəmirli tut arağı istədim. İdarənin işçiləri gecikirdi deyə onu söhbətə tutub başını qarışdırdım. Sonra həmin jurnalisti yerə yıxıb üstündə oturdum ki, qaça bilməsin”.

N.Məmmədova əlavə edib ki, R.Sultanovdan 6 ay əvvəl başqa bir jurnalist ona zəng edib və əsəbi olduğu üçün kobud danışıb, nəticədə də töhmət alıb.

R.Sultanov isə direktorla şəxsi münasibət qurmaq məsələsinin yalan olduğunu deyib: “Nailə mənim anam yaşındadır, amma mən evimə İngiltərədən, Almaniyadan gənc qızlar gətirtmişəm".

Proses iyunun 4-də davam etdiriləcək.

Rauf Sultanov bundan əvvəl polisə müqavimət və dələduzluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb. O həm də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini olub.


Xəbər 1616 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +