İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.04.2018  10:24 

Azər Sarıyev: “Diasporla işə “quş“ yox, “baş qoymaq“ lazım gələcək”





A+  A-

Tanınmış jurnalist Azər Sarıyev Diasporla İş üzrə Dövlət Komitəsində baş verən dəyişikliklər və yeni sədr Fuad Muradovu gözləyən çətinliklər barədə maraqlı fikirlər səsləndirib.
XəzərNews.az A.Sarıyevin fikirlərini olduğu kimi təqdim edir:

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımıza müraciətində qeyd edib ki, xaricdə yaşayan həmvətənlərimizlə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram.
İnam yaxşı şeydir, ancaq əmələ çevrilməyəndə quru sözdən başqa bir şey deyil. Biz də inanmaq istərdik. Lakin diaspor işinə məsul məmurlar xarici ezamiyyətlərdə yenə də əlaçanlıqla məşğul olacaqlarsa, qərib ölkələrdə yaşayan imkanlı azərbaycanlılara yenə də biznes dəllalı kimi baxılacaqsa, xaricdəki icmalarımız əvvəllər olduğu kimi mədəniyyət klubu səviyyəsindən yuxarı qalxa bilməyəcəklər. O zaman inamımız qırılacaq!
Komitənin yeni sədri həm də xaricdəki maddi imkanlı azərbaycanlıları səfərbər etməyi bacarmalıdır ki, informasiya müharibəsində onların dəstəyini qazana bilək. Belə ki, erməni diaspor təşkilatlarının onlarla TV-si, radiosu, internet orqanları olduğu halda, biz bu sahədə çox-çox geri qalırıq. Elə iş aparmaq lazımdır ki, xaricdəki soydaşlarımız diaspor işinə maddi dəstək də versinlər və nəticədə icmalarımızın ciddi media qurumları yaratmaq imkanı olsun. Varlı olmayanları da işə cəlb etmək mümkündür. Hər kəs əlini daşın altına qoymağı bacarmalıdır-kimin nəyə imkanı çatırsa. Hər şeyi də dövlətdən ummaq olmaz.
Xaricdə yaşayan yəhudi əsilli həmvətənlərimizi də nəzərdən qaçırmamalıyıq. Onların çox böyük potensialı var. Bu potensial təkcə maddi resurslardan yox, həm də Azərbaycana məhəbbətdən, bağlılıqdan ibarətdir. Bu potensialı düzgün dəyərləndirmək vacibdir.
Diaspor işinin ümummili faciə və bayram günlərində eyni adamları zala yığıb eyni fikriləri təkrarlamaqdan ibarət olmadığını birdəfəlik anlamaq lazımdır. Hər il Xocalı soyqırımının il dönümündə, Novruz bayramı günlərində eyni adamları toplayıb tədbir keçirir və sonra da dövlətə hesabat verirlər ki, "quş qoya" bilərsiniz, diasporlə iş aparılır. Ciddi nəticə əldə etmək üçün "quşqoyma" adətlərindən əl çəkilməlidir. Yeni sədrin üzərinə çox çətin vəzifə düşür. Diasporla iş sahəsində düz-əməllii tərpənişdən ötrü bu işə "quş" yox, "baş qoymaq" lazım gələcək. Başınız ağrımasın!

Xəbər 1316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +