İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.04.2018  10:36 

“Qalatasaray” Avropa Kubokunun qalibi oldu





A+  A-

İstanbulun “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku turnirinin qızıl medalını qazanıblar.
XəzərNews.az xəbər verir ki, istanbullular iki oyunluq final qarşılaşmasının cavab matçında İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə uduzsalar da, ilk oyundakı 90:68 hesablı qələbə sayəsində çempion olublar.

Bu il mübarizəyə Avropa Liqa turnirində başlayan “Qalatasaray” 14 qarşılaşmada 6 qələbə və 8 məğlubiyyətdən sonra Avropa Kuboku turnirində yarışmalı olmuşdu. “Qalatasaray”ın qadın basketbol komandası Avropa Kubokunun yarımfinalında İspaniyanın “Perfumerias Avenida” klubunu mübarizədən kənarlaşdırıb (69:62, 55:57).

Qeyd edək ki, bu, “Qalatasaray”ın Avropa Kuboku turnirində ikinci çempionluğudur. Klubun qadın basketbolçuları 2008-2009-cu il mövsümündə çempion adını qazanıblar. “Qalatasaray” 2013-2014-cü il mövsümündə isə Avropa Liqasının qalibi olub.

Xəbər 1266 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +