İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.04.2018  09:37 

Azərbaycan tərəfinin şərtləri açıqlanıb





A+  A-

Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. O qeyd edib ki, bu sahə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq: "Azərbaycanla İran arasında imzalanmış kredit sazişinin şərtlərinə əsasən Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək".

Nazir müavini bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün layihənin bütün marşrutu boyunca dəmiryol infrastrukturunu təşkil etmək vacibdir: "Layihənin birinci mərhələsinin yekunlarına əsasən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu, Astaraçay üzərində körpü, İranda quru yüklərin yükləmə-boşaltma terminalı istifadəyə verilib. Görülən işlər bizə yükləri şimal ölkələrindən dəmir yolu ilə İranın Astara şəhərinə daşımağa imkan verir. Oradan yüklər digər nəqliyyat növləri ilə Rəştə və İran limanlarına çatdırılacaq. Amma layihənin potensialının tam reallaşdırılması üçün yüklərin dəmir yolu ilə daşınmasını təmin etmək lazımdır. Beləliklə, tarixdə ilk dəfə yüklərin Fars körfəzindən Şimali Avropaya vahid nəqliyyatla daşınması təmin olunacaq. Ona görə də Azərbaycan tərəfindən ayrılan kredit hesabına tikiləcək Astara-Rəşt sahəsi çox vacibdir".

S.Babayev əlavə edib ki, perspektivdə "Şimal-Cənub" nəqliyyat dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilə bilər: "Bu, Fars körfəzini Şərqi Avropa ilə birləşdirəcək çox perspektivli layihədir. Bu ölkələr arasında ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Bu layihə Azərbaycana öz ərazisindən təkcə birinci mərhələdə ildə 3-4 milyon yükün tranzitini təmin etməyə imkan verəcək".

Xəbər 1176 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +