İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.04.2018  11:57 

“Bu trollar Azərbaycanı hədəf almışdı” -“Facebook”un qurucusu





A+  A-

“Facebook” sosial şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb. Bu barədə “Facebook”un sahibi Mark Zukerberq elan edib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, həmin “trol fabrikinə” bağlı 270 “Facebook” hesabının bağlandığı açıqlanıb. Zukerberq deyib ki, həmin hesablar Rusiya “Facebook” istifadəçilərinə və onun qonşularına-Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul idi.

Bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. Bu mərkəz 2016-cı il prezident seçkiləri zamanı ABŞ seçicilərinin mövqeyinə təsir göstərib və saxta hesablar üzərindən Hillari Klintonun əleyhinə təbliğat aparıb.

Bildirilir ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib.

“Bu Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb”-Zukerberq deyib. “Facebook” rəhbərinin bildirdiyinə görə bloklanmış səhifələrdən birinin 1 milyondan çox izləyicisi olub. Daha yarım milyon izləyicisi olan İnstagram səhifəsi də bloklananlar arasındadır.

Zukerberq deyib ki, “Facebook” istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi alət üzərində işləyir.

Xəbər 1683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +