İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.04.2018  15:12 

“Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”





A+  A-

“Kredit borcları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Kredit büroları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, keçən iclasda da deyildi ki, bu məsələ dövlətin və hökumətin diqqətindədir, müvafiq işlər gedir:

“Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır”.

Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib: “Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazananda niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl mediada Maliyyə Bazarlarına Nəzarət Palatasında söz sahibinin sədr Rüfət Aslanlı deyil, icraçı direktor İbrahim Alışovun olduğu barədə məlumat yayılmışdı. R. Aslanlının formal olaraq həmin postda oturduğu qeyd olunurdu.

Xəbər 1957 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +