İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.03.2018  13:56 

“Aqrolizinq” fermerlərdən “otkat” tələb edir





A+  A-

“Aqrolizinq” ASC-yə dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılıb. Nəzərdə tutulduğuna görə, bu pullar kənd təsərrüfatı istehsalçəlarının texnika və avadanlıqlarla təchizatına yönəldiləcək.
Ölkənin kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından bu metodun nə dərəcədə effektiv olması barədə iqtisadçı Rövşən Ağayev danışıb: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına avadanlıq güzəştli şərtlərlə təqdim olunsa da, bu, heç də pulsuz deyil. Bu, biznesin növlərindən biridir. Sovet İttifaqının tarixi göstərdi ki, dövlət bizneslə rentabelli məşğul olmaq iqtidarında deyil. Xaricdə aqrolizinqlə dövlətin dəstəyi ilə kooperativlər məşğul olur. Bizim lizinq ASC isə özünü o qədər də yaxşı tərəfdən göstərməyib. Dövlətin “Aqrolizinq”ə ayırdığı pullar bəzi hallarda onun rəhbərliyinin varlanmasına gedir.



Fermerlərə texnikanın “otkat” şərtilə verilməsi təcrübəsi çiçəklənir. Bu yaxınlarda fermerlərdən “otkat”a görə “Aqrolizinq”in Ağcabədi şöbəsinin rəhbəri cinayət məsuliyyətinə cəlb edilib. “Aqrolizinq”in rəhbərlərinin ciblərinin doldurulmasına xidmət edən daha bir mənbə isə aqrotexnikanın fermerlərə aşağı qiymətə rüşvətlə satışıdır.

Aqrolizinq sistemində korrupsiyaya ictimai nəzarətin büsbütün yoxluğu şərait yaradır. İctimai təşkilatlar fermerlər arasında kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmırlar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı bildirib: “İctimai təşkilatların iştirakı nəyə lazımdır ki? Onlarsız da keçinərik...”

“Dəfələrlə “Aqrolizinq”ə müraciət etmişəm ki, mənə istifadə üçün kənd təsərrüfatı texnikası verilsin. ASC-nin təmsilçiləri elə qiymətlər deyirlər ki, adi bankdan kredit götürərək, bu texnikanı özəl şirkətlərdən almaq daha çox sərf edir. “Aqrolizinq” texnikanı “öz” fermerlərinə verməyi üstün tutur”, - bunu isə fermer Şöhrət Məmmədov deyib. (virtualaz.org)

-“otkat”-təqdim edilən pul vəsaitinin bir hissəsinin borcalanın hesabına mənimsənilməsi

Xəbər 1628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +