İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.03.2018  17:16 

Direktorun döydüyü şagirdin atası FƏRYAD EDİR





A+  A-

Direktor və müavini tərəfindən oğlunun döyüldüyünü iddia edən ata ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.
XəzərNews.az bildirir ki, bu barədə Axar.az-a açıqlama verən Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin 9-cu sinif şagirdi Rauf Orucovun atası Nihad Orucov məlumat verib. N.Orucov bildirib ki, oğlunun direktor və onun müavini tərəfindən döyülməsi, oğlunun məktəbə polis nəzarəti ilə getməsi artıq onu narahat edir. Ata oğlu ilə bağlı yaşanan problemin birdəfəlik aradan qalxmasını istəyir:

“Direktor özünü müdafiə etmək üçün mənim uşağımın dərsdən qaçdığını, nizam-intizam qaydalarına riayət etmədiyini deyir. Buna görə məni dərsə çağırırlar. Məktəbin direktor müavini Novruz müəllim mənimlə əlaqə saxlayaraq oğlumun dərsdən yenə qaçdığını bildirdi. Məktəbə gedəndə isə məlum oldu ki, oğlum xəstəliyi ilə əlaqədar özünü pis hiss edib və icazə alıb. Dostlarının köməyi ilə məktəbdən çıxıb və yaxınlıqdakı aptekə aparıblar onu. Direktor müavini Alı Məmmədovdan icazə də alıblar. Aptekdə dərman alıb və özünə gələndən sonra yenidən dərsə qayıdıblar”.

N.Orucovun sözlərinə görə, məktəbin direktoru Azər Ələkbərov onlara qarşı qərəzlidir və bütün bunları qəsdən edir:

“Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əzizovla sonuncu danışığım zamanı mənə bildirmişdi ki, toplanmış bütün materiallar prokurorluğa göndərilib. Məsələ nə yerdədir, məlumatım yoxdur. Artıq dözə bilmirəm. Narahatlıq keçirirəm oğluma görə. Bu problem nə vaxta qədər davam edəcək? Problemin həll edilməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəyəm”.

Qeyd edək ki, 28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov və onun müavininin məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döydüyü deyilir.

Xəbər 1071 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +